Qaradağ rayonunun Ələt qəsəbəsində yol-nəqliyyat hadisəsi
25.12.2014Dekabrın 25-də saat 07 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Nigar Həşimova vurulmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
BDYPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.