Salyan şəhərində yol-nəqliyyat hadisəsi
22.12.2014Dekabrın 22-də saat 23 radələrində Salyan şəhərində rayon sakinləri Rauf Əsgərovun idarə etdiyi “VAZ-2103” və Elşad Mehdiyevin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşmuşdur. R.Əsgərovun sərnişinlərindən həmyerlisi Elnur Ağayev və Ağdaş rayon sakini Vüqar İsayev hadisə yerində ölmüş, özü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.