Yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülmüşdür
22.12.2014Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Biləcəri qəsəbəsinin ərazisində səyyar satışla məşğul olan Etibar Həsənovdan 1200 ədəd, Lökbatan qəsəbəsinin ərazisində yerləşən ticarət mərkəzində, orada satıcı işləyən Zöhrab Mirzəyevdən 5200 ədəd, Sumqayıt şəhərində səyyar satışla məşğul olan Məmiş Bəylərovdan 16300 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülmüşdür.