Göyçay rayonunun Alpoud kəndində yerləşən un dəyirmanında Sahib Abbasovu qətlə yetirmiş Ələsgər Xudiyev tutulmuşdur
22.12.2014Avqustun 13-də Göyçay rayonunun Alpoud kəndində yerləşən un dəyirmanında, oranın sahibi Sahib Abbasovun ov tüfəngindən açılmış atəşlə qətlə yetirilmiş meyiti tapılmışdı.
Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətmiş Bəydövül kənd sakini Ələsgər Xudiyev tutulmuşdur. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “TOZ-25” markalı tüfəng götürülmüşdür.