Narkotik vasitə ilə tutulmuş Elçin Kişiyevin saxlanıldığı kamerasına baxış zamanı 35 qr heroin aşkar edilərək götürülmüşdür
22.12.2014Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Elçin Kişiyevin saxlanıldığı ŞRPŞ-nin Müvəqqəti Saxlama Yerinin kamerasına baxış zamanı 35 qram heroin aşkar edilərək götürülmüşdür. Araşdırmalar zamanı E.Kişiyevin narkotik vasitəni İran İslam Respublikasından udaraq keçirməsi müəyyən edilmişdir.