Avtomobil qaçırmış Bakı şəhər sakini İxtiyar Əliyev saxlanılmışdır
14.12.2014Dekabrın 14-nə keçən gecə Binəqədi qəsəbəsindən qəsəbə sakini Rasim Rüstəmova məxsus "VAZ-2106" markalı avtomobil qaçırılmışdır. Bakı BPİ DYPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış Bakı şəhər sakini İxtiyar Əliyev saxlanılmış və Binəqədi RPİ 4-cü PB-yə təhvil verilmişdir. Onun sərxoş vəziyyətdə olması müəyyən edilib.