Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Hüseynağa İsmayılov saxlanılmışdır
14.12.2014Dekabrın 14-də Nizami rayonunun Keşlə qəsəbəsində Bakı şəhər sakini Samir Səfərova məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə 14 ədəd təmirə verilmiş mobil telefon, 5 ədəd batareya və 6 ədəd aksesuar oğurlanmışdır.
Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Hüseynağa İsmayılov saxlanılmışdır.