Sabunçu rayonunun Maştağa qəsəbəsində yanğın hadisəsi baş vermişdir
14.12.2014Dekabrın 14-də saat 18 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində istifadəsi dayandırılmış qazanxanada yanğın baş vermişdir. Nəticədə qazanxananın yanar konstruksiyaları yanmış, yanğın söndürüldükdən sonra orada yaşayan Şamaxı rayon sakini Qalib Hüseynovun yanmış meyiti tapılmışdır.
Araşdırmalar aparılır.