Bakı şəhər sakinləri Kazım Abdulovdan və Ağami İlyasovdan ov tüfəngləri götürülmüşdür
14.12.2014Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində ov silahının saxlanılması və daşınması qaydalarını pozduqları üçün saxlanılmış Bakı şəhər sakinləri Kazım Abdulovdan “Ata-Arms” və Ağami İlyasovdan “Cifsan” markalı ov tüfəngləri götürülmüş və araşdırmalar aparılması üçün Şabran RPŞ-yə təhvil verilmişlər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 346-cı (mülki silahın və onun üçün döyüş sursatının saxlanılması, daşınması qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilmişdir.