Quldurluq etmiş dəstə üzvlərindən Gürcüstan vətəndaşı Ceyhun Bayramov tutulmuşdur
06.12.2014Dekabrın 6-da Balakən şəhərində yaşayan Gürcüstan vətəndaşı Habil Xəlilovun evinə nəfəslikdən girmiş şəxsiyyəti məlum olmayan 3 nəfər tapança və elektroşok ilə hədələyərək pul və qızıl əşyaları tələb etmiş, səs-küy yarandığından hadisə yerini tərk etmişdir.
Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşı Ceyhun Bayramov tutulmuşdur.
Balakən RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.