Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi
06.12.2014Dekabrın 6-da saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Abşeron rayon sakini Turqay İmanovun idarə etdiyi “Changan” və Bakı şəhər sakini Tahir Tapdıqovun idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşmuşdur. T.Tapdıqovun sərnişinlərindən Bakı şəhər sakini Asif Mahmudov hadisə yerində ölmüş, özü və digər 2 sərnişini, habelə T.İmanov və 3 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.