Yol-nəqliyyat hadisəsi törətmiş Bakı şəhər sakini Məlikməmməd Əhmədov saxlanılmışdır
06.12.2014Dekabrın 5-də saat 19 radələrində Sabunçu rayonunun Y.Əliyev küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Saminat Məmmədrəsulova vurulmuşdur. Piyada xəstəxanaya yerləşdirilmişdir.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Daewoo” markalı avtobusun sürücüsü - Bakı şəhər sakini Məlikməmməd Əhmədov saxlanılmışdır.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.