Ucar rayonunun Qazıqumlaq kəndində yol-nəqliyyat hadisəsi
06.12.2014Dekabrın 6-da saat 01 radələrində Ucar rayonunun Qazıqumlaq kəndində kənd sakini Çingiz Qədirov idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurmuş və nəticədə avtomobildə yanğın baş vermişdir. Sürücü və sərnişinləri Vasif Kərimov və Tapdıq Qədirov hadisə yerində ölmüşlər.
BDYPİ tərəfindən araşdırma aparılır.