Cəlilabad rayon sakinləri Tural Abbasov və Niyazi Musayev tutulmuşlar
17.11.2014Noyabrın 16-da Səbail rayonunun Neftçilər prospektində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Kənan Bəbirova zor tətbiq edərək 10 manat pulunu alıb hadisə yerini tərk etmişdir.
Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticədə hadisəni törətmiş Cəlilabad rayon sakinləri Tural Abbasov və Niyazi Musayev tutulmuşlar. Ətraflarında aparılmış araşdırmalar zamanı onların noyabrın 16-da Adil Mustafayevə qarşı quldurluq etmələri də müəyyən edilmişdir.