Goranboy rayonunun Dəliməmmədli şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
17.11.2014Noyabrın 17-də saat 11 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhərinin ərazisində Tərtər rayon sakini Nurəddin Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurmuşdur.
Nəticədə N.Məmmədovun sərnişini, oğlu Adil xəstəxanaya aparılarkən ölmüşdür.
Baş Dövlət Yol Polis İdarəsi araşdırmalar tərəfindən aparılır.