Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi
17.11.2014Noyabrın 17-də saat 09 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində İmişli rayon sakini Elşad Babayev idarə etdiyi “Lipheker” markalı kranla yolu keçən Emin Həsənovu vurmuşdur.
Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Həsənov ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırmalar aparılır.