Oğurluq etmiş Kəlbəcər rayon sakinləri Ceyhun Salmanlı, Zaməddin Həsənli və onun qardaşı Yaməddin tutulmuşlar
17.11.2014DİN Baş Cinayət Axtarış-İdarəsi və Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 1-dən 10-dək olan müddətdə Seydimli kənd sakini Vəkil Mirzəyevə məxsus 4 baş və Borsunlu kənd sakini İlqar Əliyevə məxsus 1 baş qoyunu oğurlamış Kəlbəcər rayon sakinləri Ceyhun Salmanlı, Zaməddin Həsənli və onun qardaşı Yaməddin tutulmuşlar.