Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Samir Şıxkərimova məxsus avtomaşını qaçırmış şəxslər saxlanılmışlar

16.11.2014

Noyabrın 16-da saat 15 radələrində Binəqədi rayonunun H.Babaşov küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini Samir Şıxkərimova məxsus “Hyundai” markalı avtomobil qaçırılmışdır. Avtomobil həmin gün saat 16 radələrində Salyan rayon ərazisində idarə edilərkən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “Saxla” işarəsi verilmişdir. Sürücü tabeçilik göstərməyərək hərəkəti davam etdirib avtomobili aşırmışdır.

Avtomobili idarə edən avtoyuma məntəqəsinin işçisi - Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Ərşad Səfərova və sərnişinləri - Masallı rayon sakini Mais Fərzəliyevə və Biləsuvar rayon sakini Həsən Soltanova ilkin tibbi yardım göstərilmiş və onlar Binəqədi RPİ 7-ci PB-yə gətirilmişlər.

H.Soltanovun halı pisləşdiyindən xəstəxanaya yerləşdirilmişdir.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

16.11.2014 tarixinə olan kriminal məlumatlar