Mağazadan oğurluq etmiş Gəncə şəhər sakinləri Babək Əliyev və Rüstəm Sadıqov saxlanılmışlar
16.11.2014Noyabrın 16-da Gəncə şəhər sakini İsax Əsgərova məxsus mağazadan qapını sındımaq yolu ilə 240 manat, 1 ədəd noutbuk və tütün məmulatı oğurlanmışdır.
Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Babək Əliyev və Rüstəm Sadıqov saxlanılmışlar.