Beyləqan rayon sakini Tünzalə Bayramova ov tüfəngindən atəş açaraq özünü öldürmüşdür
16.11.2014Noyabrın 16-da Beyləqan rayon sakini Tünzalə Bayramova işlədiyi Orta Əlinəzərli kəndindəki fermada ov tüfəngindən atəş açaraq özünü öldürmüşdür.
Hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülmüşdür.
Araşdırma aparılır.