İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi
16.11.2014Noyabrın 16-da saat 13 radələrində İsmayıllı rayonunun Yeniyol kənd sakini Ramil Məlikov idarə etdiyi “VAZ-2101” markalı avtomobili aşırmışdır. Sərnişinlərdən həmkəndlisi Xavər Məlikova hadisə yerində ölmüş, özü və digər sərnişini Zəkiyyə Baxışova xəstəxanaya yerləşdirilmişlər.
BDYPİ tərəfindən araşdırma aparılır.