Sumqayıt şəhər sakinləri Nicat Məmmədov, Rövşən İsayev və Ağsu rayon sakini Vüsal Həmzəyev tutulmuşlar
16.11.2014Noyabrın 16-da paytaxtın Nizami rayonu H.Əliyev prospektində şəxsiyyəti məlum olmayan 4 nəfər Tovuz rayon sakini Vüsalə Əliyevaya zor tətbiq edərək içərisində 30 manatı və 5 türk lirəsi, habelə kosmetik əşyaları olan çantasını alıb hadisə yerini tərk etmişdir.
Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakinləri Nicat Məmmədov, Rövşən İsayev və Ağsu rayon sakini Vüsal Həmzəyev tutulmuşlar.