Gün ərzində 58 cinayət faktı qeydə alınmışdır
10.11.2014Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 58 cinayət faktı qeydə alınmış, onların da 30-u “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 10 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 31 nəfər tutulmuşdur.