Bakı şəhər sakinləri Rahib Hüseynov, Elşən Rəhimov, Natiq Yusifov, Nahid Allahverdiyev və Cəllad İsmayılov tutulmuşlar
10.11.2014Daxil olmuş məlumat əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Yasamal RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-na keçən gecə Bakı şəhərində yaşayan vətəndaş A.B-nin evinə basqın etməyi planlaşdırmış şəhər sakinləri Rahib Hüseynov, əvvəllər məhkum olunmuşlar - Elşən Rəhimov, Natiq Yusifov, Nahid Allahverdiyev və Cəllad İsmayılov tutulmuşlar.
E.Rəhimovdan 0,175 qram heroin, 1 cüt əlcək, 1 bıçaq, N.Yusifovdan 0,176 qram heroin, 1 bıçaq, N.Allahverdiyevdən 0,178 qram heroin, 1 ədəd “Baykal MK 654” markalı pnevmatik tapança, 1 ədəd beşbarmaq, 1 ədəd gözlük açılmış papaq, R.Hüseynovdan 0,17 qram heroin, 1 bıçaq, 1 ədəd gözlük açılmış papaq, C.İsmayılovdan 0,161 qram heroin və 1 bıçaq götürülmüşdür.