Suraxanı rayonunun Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi
10.11.2014Noyabrın 10-da saat 16 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakini Təxram Əbdülrəhmanovun idarə etdiyi “Seat” və sürücünün şəxsiyyəti və dövlət qeydiyyat nişanları müəyyən edilməmiş “Honda” markalı avtomobillər toqquşmuşdur. T.Əbdülrəhmanova və “Honda” markalı avtomobilin 2 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.