Quldurluq etdiklərinə görə tutulmuş dəstə üzvlərinin digər cinayət əməlləri də müəyyən edilmişdir
10.11.2014Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən quldurluq etdiklərinə görə tutulmuş Rəhman Məmmədovun, Muxtar Rəhimovun və Samir Yadigarovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların ötən ilin dekabrından bu ilin oktyabr ayına qədər olan müddətdə Bakı şəhərində yaşayan 20 şəxsə qarşı, o cümlədən onlara məxsus mənzillərdən, avtomobillərdən, mağazalardan quldurluq və soyğunçuluq yolu ilə pul, sənəd, mobil telefon, ərazq məhsulları və danışıq kartları aparmaları da müəyyən edilmişdir.