Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakinləri Rahib Hüseynov, Elşən Rəhimov, Natiq Yusifov, Nahid Allahverdiyev və Cəllad İsmayılov tutulmuşlar

10.11.2014

Daxil olmuş məlumat əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Yasamal RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-na keçən gecə Bakı şəhərində yaşayan vətəndaş A.B-nin evinə basqın etməyi planlaşdırmış şəhər sakinləri Rahib Hüseynov, əvvəllər məhkum olunmuşlar - Elşən Rəhimov, Natiq Yusifov, Nahid Allahverdiyev və Cəllad İsmayılov tutulmuşlar.

E.Rəhimovdan 0,175 qram heroin, 1 cüt əlcək, 1 bıçaq, N.Yusifovdan 0,176 qram heroin, 1 bıçaq, N.Allahverdiyevdən 0,178 qram heroin, 1 ədəd “Baykal MK 654” markalı pnevmatik tapança, 1 ədəd beşbarmaq, 1 ədəd gözlük açılmış papaq, R.Hüseynovdan 0,17 qram heroin, 1 bıçaq, 1 ədəd gözlük açılmış papaq, C.İsmayılovdan 0,161 qram heroin və 1 bıçaq götürülmüşdür.