Quldurluq etmiş dəstə üzvləri tutulmuşlar
02.10.2014Baş Cinayət-Axtarış İdarəsi və Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 30-da Rəşad Quliyevin evindən quldurluq yolu ilə 1200 manat və 200 ABŞ dolları, qızıl əşyalar və ov tüfəngi aparmış Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Salman Zeynalov, Mircavid Mirbağırov, Yaşar Yusifov, Şamil Quliyev və Cəlilabad rayon sakini Mais Abıyev tutulmuşlar.