Oğurluq etmiş Gürcüstan vətəndaşı Yaşar Qayıbov tutulmuşdur
02.10.2014Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri S.Adıgözəlovanın, A.Kabıyevin, M.Əliyevin, X.Süleymanovanın, A.Kərimovanın, S.Tağıyevin, N.Ağayevin və R.İbrahimovun evlərindən pul, qızıl məişət, geyım əşyaları oğurlamış, habelə H.Mustafayevin evindən oğurluğa cəhd göstərmiş Gürcüstan vətəndaşı, əvvəllər məhkum olunmuş Yaşar Qayıbov tutulmuşdur.