Masallı rayon sakini Maqsud Xamməmədovun idarə etdiyi avtomobilin çən hissəsində yanğın baş vermişdir
02.10.2014Oktyabrın 3-də saat 14 radələrində Lənkəran rayonunun Darquba kəndində “STOİL” yanacaqdoldurma məntəqəsinə yanacaq (benzin) gətirmiş Masallı rayon sakini Maqsud Xamməmədovun idarə etdiyi “DAF” markalı avtomobilin çən hissəsində yanğın baş vermişdir. Nəticədə avtomobilin arxa təkərləri və çənə qoşulmuş nasos yanmış, yanıq xəsarəti almış oranın operatoru, Lənkəran şəhər sakini Fariz Əliyev xəstəxanaya yerləşdirilmişdir.