Avtomobil Xaçmaz qaçırmış rayon sakinləri Zaur Tağıyev, Ayaz Xankişiyev və Könül Dadaşova tutulmuşlar
02.10.2014Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-də Təhmasib Müseyibova məxsus “VAZ-21214” markalı avtomobili qaçırmış rayon sakinləri Zaur Tağıyev, Ayaz Xankişiyev və Könül Dadaşova tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 23-də Renat Əlievə məxsus “VAZ-21011” avtomobili qaçırmaları, habelə ona məxsus dövlət qeydiyyat nişanlarını Abşeron rayonunun Saray qəsəbəsi ərazisində atmaları müəyyən edilmiş və həmin avtomobilin üzərində tranzit nömrələri aşkar edilmişdir.