Münaqişə zəminində Maştağa qəsəbə sakini N.İsayevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmiş həmyerlisi N.Hacıağayev tutulmuşdur
02.09.2014Sentyabrın 2-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Namiq Hacıağayev münaqişə zəminində həmyerlisi Natiq İsayevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmişdir.
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Hacıağayev tutulmuşdur.