Sentyabrın 2-də T.Qocayevə məxsus avtomobildən oğurluq etmiş şəxslər tutulmuşlar
02.09.2014Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də Tahir Qocayevə məxsus “Mercedes” markalı avtomobildən 150 manat və sənəd oğurlamış Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Aydın Quliyev, Azad Cəfərov, Yevlax rayon sakinləri Tağı Həsənzadə və Rəhman Yaqubi tutulmuşlar. Araşdırmalar zamanı A.Quliyevin idarə etdiyi “TOFAŞ” markalı avtomobilin üzərində olan dövlət qeydiyyat nişanları Sumqayıt şəhər sakini Eldar Cabbarovun “Hyundai” markalı avtomobilinə məxsus olması, “TOFAŞ” markalı avtomobilə məxsus dövlət qeydiyyat nişanlarının isə avtomobilin yük yerində olması müəyyən edilmişdir.