Bərdə rayon sakini İ.Nəcəfova məxsus fermadan 10 baş qoyunu oğurlamış şəxslər tutulmuşlar
02.09.2014İyunun 2-də Bərdə rayon sakini İlyas Nəcəfova məxsus fermadan 27 baş qoyununun oğurlanması barədə verilmiş məlumatla əlaqədar Bərdə RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla onun 27 baş deyil 10 baş qoyununun oğurlanması müəyyən edilmişdir.
Baş Cinayət-Axtarış İdarəsi və Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Qaradəmirçi kənd sakini Əvəz Qurbanov və Ağdam rayon sakini Səbuhi İmranov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların iyunun 7-də Azər Quliyevə məxsus 15 baş qoyunu oğurlamaları da müəyyən edilmişdir.