Ağstafa rayon sakini S.İsmayılovu bıçaqla hədələyib 300 manatını alaraq hadisə yerini tərk etmiş həmkəndlisi Q.Qədiməliyev tutulmuşdur
02.09.2014Sentyabrın 3-də Ağstafa rayonunun Dağkəsəmən kəndində kənd sakini Qurban Qədiməliyev həmkəndlisi Sahib İsmayılovu bıçaqla hədələyib 300 manatını alaraq hadisə yerini tərk etmişdir.
Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Qədiməliyev tutulmuşdur.