Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Daşkəsən rayon sakini X.Abdullayevin tüfəngdən açılmış atəşdən ölməsi faktı ilə əlaqədar cinayət işi başlanılmışdır

23.08.2014

Avqustun 23-də Daşkəsən rayonunun Astaf kənd sakinləri, əvvəllər məhkum olunmuş Xəqani Abdullayev, Sahib Cabbarov, İlham Hüseynov və onun qardaşı İman kəndin ərazisində yerləşən “Göy Yurd” adlandırılan ərazidə ov edərkən tüfəngdən açılmış atəşdən X.Abdullayev ölmüşdür.

Daşkəsən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Cabbarov, İ.Hüseynov və İman saxlanılmışlar.

Hadisə yerindən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülmüşdür.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

23.08.2014 tarixinə olan kriminal məlumatlar