Səbail rayonu ərazisində yerləşən “Komputerx” mağazasından oğurluğa cəhd göstərmiş şəxs tutulmuşdur
23.08.2014Avqustun 24-də Səbail rayonu ərazisində yerləşən “Komputerx” mağazasından 1 ədəd noutbuku oğurlamağa cəhd göstərmiş naməlum şəxs oranin sahibi Əhməd Nacizi ilə rastlaşdığından tapança ilə onu hədələyib hadisə yerini tərk etmişdir.
Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşı Ramil Həsənov tutulmuşdur. Ondan qaz tapançası və 6 ədəd patron götürülmüşdür.