Avqustun 15-də S.Həsənovun evindən oğurluq etmiş Şamaxı rayon sakinləri R.Mustafayev və T.Hidayətov tutulmuşlar
23.08.2014Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də Seymur Həsənovun evindən qızıl əşyalar oğurlamış Şamaxı rayon sakinləri Rəşid Mustafayev və Tural Hidayətov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların avqustun 18-də soyğunçuluq yolu ilə Azər Bayramovun 200 manatını və mobil telefonunu almaları da müəyyən edilmişdir.