Bakı şəhər sakini S.Babayevin evindən mobil telefon oğurlamış Daşkəsən rayon sakini S.Allahverdiyev tutulmuşdur
23.08.2014Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də Bakı şəhər sakini Samir Babayevin evindən mobil telefon oğurlamış Daşkəsən rayon sakini Seymur Allahverdiyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün Bakı şəhər sakinləri Anar Ağaverdizadənin və İradə Mahmudovanın mobil telefonlarını oğurlaması da müəyyən edilmişdir.