Bakı şəhər sakini M.Şahdayevə məxsus mağazadan oğurluq etmiş 3 nəfər saxlanılmışlar
08.07.2014İyulun 8-də Qaradağ rayonu ərazisində Bakı şəhər sakini Münasib Şahdayevə məxsus mağazadan qapını sındırmaq yolu ilə 16 manat, tütün məmulatı və ərzaq məhsulları oğurlanmışdır.
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Fərid Rəsulov, Camal Namazov və Rizvan Tarverdizadə saxlanılmışlar.