Gədəbəy rayonu Yenikənd kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
08.07.2014İyulun 9-da saat 13 radələrində Gədəbəy rayonu Yenikənd kəndinin ərazisində Parakənd kənd sakini Rusət Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini Həmid Hüseynovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş H.Hüseynov orada ölmüşdür.
Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.
08.07.2014 tarixinə olan kriminal məlumatlar
- Gün ərzində 66 cinayət faktı qeydə alınmışdır 08.07.2014
- Astara rayonunun Ərçivan kənd sakini T.Baxşıyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi R.Şahverdiyevə xəsarət yetirmişdir 08.07.2014
- Bakı şəhər sakinləri E.Kərimovun və M.Əsədovun Səbail rayonu Nemanzadə küçəsində yerləşən kafedə qumar oyunları təşkil etmələri müəyyən edilmişdir 08.07.2014
- Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 158-ci (oğurluq) maddələri ilə axtarışda olan Vüqar Məhərrəmov tutulmuşdur 08.07.2014
- Mayın 29-da Bakı şəhər sakini N.Nəsibovanın evindən qızıl əşyalar oğurlamış Babək rayon sakinləri F.Əliyev və Ə.Əliyev tutulmuşlar 08.07.2014
- Sumqayıt şəhər sakini T.Məmmədovun idarə etdiyi avtomobilə baxış zamanı narkotik vasitə və silah-sursat aşkar edilərək götürülmüşdür 08.07.2014
- Yanvarın 26-da Şəmkir rayonu Qaracəmirli kənd poçtundan 1812 manat oğurlamış kənd sakinləri E.Babayev və E.İsmayılov tutulmuşlar 08.07.2014
- İyulun 6-da Şıx çimərliyində tapılmış meyitin Bakı şəhər sakini İ.Səfərov olması müəyyən edilmişdir 08.07.2014
- Bakı şəhər sakini M.Şahdayevə məxsus mağazadan oğurluq etmiş 3 nəfər saxlanılmışlar 08.07.2014
- Bakı şəhər sakini L.Nəbiyevaya məxsus pul kisəsini oğurlamış Qusar rayon sakini S.Vəlibəyova tutulmuşdur 08.07.2014
- Ucar rayonu Ramal kəndinin ərazisində yol-nəqliyyat hadisəsi 08.07.2014
- Lənkəran rayonu Boladi kəndinin ərazisində yol-nəqliyyat hadisəsi 08.07.2014
- Yasamal rayonu Xiyabani küçəsində yol-nəqliyyat hadisəsi 08.07.2014
- Gədəbəy rayonu Yenikənd kəndinin ərazisində yol-nəqliyyat hadisəsi 08.07.2014
- Sabunçu rayonu Bakıxanov qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi 08.07.2014
- Füzuli rayonu Böyük Bəhmənli kənd sakini X.Mirzəyevanın həyətindəki qaz sobasında təbii qazın sızması nəticəsində ani partlayış baş vermişdir 08.07.2014
- Bakı şəhər sakini E.Babuşova məxsus avtomobilin mühərrik hissəsində qısa qapanmadan yanğın baş vermişdir 08.07.2014
- 2 nəfər elektrik cərəyanı vurması nəticəsində ölmüşlər 08.07.2014
- Şəki rayonu Şorsu kənd sakini Nicat Əkbərli çimərkən suda boğulmuşdur 08.07.2014
- Beyləqan şəhər sakini Sadiq Tağıyev bədbəxt hadisə nəticəsində ölmüşdür 08.07.2014
- Yevlax rayon sakini Mirzə Həmzəyev minalanmış sahəyə düşməsi nəticəsində ölmüşdür 08.07.2014