Lənkəran rayonu Boladi kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
08.07.2014İyulun 9-da saat 16 radələrində Lənkəran rayonu Boladi kəndinin ərazisində kənd sakini Eldəniz Babayev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı maneəyə vurmuşdur. E.Babayevin sərnişini, həmkəndlisi Xalid Əhmədov hadisə yerində ölmüş, özünə xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.