Bakı şəhər sakini L.Nəbiyevaya məxsus pul kisəsini oğurlamış Qusar rayon sakini S.Vəlibəyova tutulmuşdur
08.07.2014İyulun 9-da paytaxtın Nizami rayonu ərazisində yerləşən “Lotos” ticarət mərkəzində Bakı şəhər sakini Lalə Nəbiyevaya məxsus içərisində 200 manat və ev açarları olan kisəsi piştaxtanın üzərindən oğurlanmışdır.
Nizami RPİ 24-cü PB və Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qusar rayon sakini Səmayə Vəlibəyova tutulmuşdur.