Gün ərzində 53 cinayət faktı qeydə alınmışdır
10.05.2014Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 53 cinayət faktı qeydə alınmış, onların da 20-si “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 14 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.