Səbail rayonu Salyan yolu küçəsində yol-nəqliyyat hadisəsi
10.05.2014Mayın 11-də saat 23 radələrində Səbail rayonu Salyan yolu küçəsində Bakı şəhər sakini Sabir Hacıkərimov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Neftçala rayon sakini Xalid Cəbrayılovu, Salyan rayon sakinləri Zəfər Xəlilovu və Misir Şirinovu vurmuşdur. M.Şirinov xəstəxanaya aparılarkən yolda ölmüş, X.Cəbrayılov və Z.Xəlilov xəstəxanaya yerləşdirilmişlər.
Səbail RPİ tərəfindən araşdırma aparılır.