Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etmiş dəstə üzvləri aşkar edilərək saxlanılmışlar

10.05.2014

Oğurluq etdiyinə görə tutulmuş Zaur Kazımovun ətrafında Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakinləri Elmir Qasımov, Mirzəbaba Cəfərli, Samir İbrahimov və Yusif Kərimzadə ilə birgə Aynur Şirzadovaya, Təyyub Ağayevə, Aysel Məmmədovaya məxsus tədris mərkəzlərindən, Nurxan Cəfərova, Samir Rzayevə, Səadət Kərimovaya məxsus mağazalardan, Dilsuz Alışanova məxsus ofisdən, Emin Qubadova məxsus “Topaz” mərc oyunları klubundan, habelə Nərimanov rayon İcra Hakimiyyətinin 1 N-li Sahə İnzibati Ərazi Dairəsindən pul və məişət əşyaları oğurlamsı da müəyyən edilmişdir.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qasımov, M.Cəfərli, S.İbrahimov və Y.Kərimzadə tutulmuşlar. Onların Lətifə Əhmədovaya məxsus gözəllik salonundan, Ramil Mereyevə məxsus “Nova Med” tibb mərkəzindən, Orxan Əliyevə məxsus kafedən tibbi alətlər və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.

10.05.2014 tarixinə olan kriminal məlumatlar