Binəqədi rayonu ərazisində yerləşən şirniyyat sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir
10.05.2014Mayın 11-də saat 16 radələrində Binəqədi rayonu İ.Dadaşov küçəsində Bakı şəhər sakini Şakir Gözəlova məxsus şirniyyat sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə bütövlükdə sexin yanar konstruksiyaları və obyektdəki əşyalar yanmış, orada işləyən İran vətəndaşları Cəccat Ovcani, Murtuza Əlizadə, qardaşı Mustafa və Bakı şəhər sakini Mahrux Hüseynova yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişlər.