Gün ərzində 88 cinayət faktı qeydə alınmışdır
22.04.2014Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 88 cinayət faktı qeydə alınmış, onların da 52-si “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 8 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 36 nəfər tutulmuşdur.