Samux rayonunun Sarıqamış kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
22.04.2014Aprelin 23-də Gəncə şəhəri ərazisindən şəhər sakini Samir Kazımova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılmış və Samux rayonunun Sarıqamış kəndinin ərazisində idarə edilərkən aşmışdır.
Avtomobili qaçırmış Gəncə şəhər sakini Daşdəmir Məmmədov və sərnişini, həmyerlisi Rüstəm Məmmədov xəstəxanaya yerləşdirilmişlər. Onların sərxoş vəziyyətdə olmaları müəyyən edilmişdir.
Kəpəz RPİ tərəfindən araşdırma aparılır.