Oğurluq etmiş Goranboy rayon sakini Pərvin Seyidov, Gəncə şəhər sakinləri Anar Məmmədzadə və Hüseyn Allahverdiyev saxlanılmışlar
22.04.2014Aprelin 23-də Samux şəhərinin ərazisində şəhər sakini İsrafil Nəsibova məxsus mağazadan 50 manat və ərzaq məhsulları oğurlanmışdır.
Baş Cinayət-Axtarış İdarəsi, Kriminalistik Təhqiqatlar İdarəsi və Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Pərvin Seyidov, Gəncə şəhər sakinləri Anar Məmmədzadə və Hüseyn Allahverdiyev saxlanılmışlar. P.Seyidovdan 37,16 qram, A.Məmmədzadədən 29,14 qram, H.Allahverdiyevdən 42,12 qram marixuana götürülmüşdür.